“Qazprom” dünyanın ən böyük enerji şirkətlərinin siyahısında 39 pillə geriləyib

“Qazprom” dünyanın ən böyük enerji şirkətlərinin siyahısında 39 pillə geriləyib backend

Dünyanın ən böyük enerji şirkətlərinin təyin olunduğu araşdırmanın nəticələri açıqlanıb. Rusiyanın təbii qaz nəhəngi “Qazprom” siyahının ilk onluğundakı mövqeyini itirib.


AZƏRTAC xəbər verir ki, Platts agentliyi tərəfindən aparılan araşdırmaya görə, dünyanın ən böyük 10 enerji şirkəti siyahısına Rusiyadan təkcə “Rosneft” daxil ola bilib. Keçən il siyahıda altıncı sırada olan “Rosneft” bu il onuncu sırada qərarlaşıb. “Qazprom” isə dördüncü sıradan 43-cü sıraya geriləyib.

250 şirkətin iştirak etdiyi siyahının ilk iki sırasında ABŞ-ın “Exxon Mobil Corp” və “Chevron Corp” şirkətləri yer alıb.