İşğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.
O qeyd edib ki, həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması gələcəkdə həyata keçirilə bilər:
“Hesab edirəm ki, gələcəkdə həmin ərazilərdə bələdiyyələrin sayı təxmini 100-110 olacaq”.