Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərində irəliləyib. Onlar xüsusən iki küçədə möhkəmləniblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.
“Vəziyyət çətin olaraq qalır, ən çətin vəziyyət Toretsk yaxınlığındadır. Təəssüf ki, düşmən orada (Toretskdə - red.) bir qədər irəliləyib və Tsentralnaya küçəsinə doğru möhkəmlənib", - məlumatda deyilir.
Bundan əlavə, spikerin sözlərinə görə, düşmən Çasovoy Yar ərazisində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq cəhdlərindən əl çəkmir.
“Orada hücumların sayının azalmasına baxmayaraq, düşmən ön mövqelərə yeni gücləndirici qüvvələr gətirir və düşünürük ki, bu, hələ də “fırtına öncəsi sakitlik”dir və onlar bu istiqamətdə hücum əməliyyatlarını gücləndirəcəklər”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ