ABŞ şirkətləri offşor hesablarda 2,1 trilyon dollar saxlayır

ABŞ şirkətləri offşor hesablarda 2,1 trilyon dollar saxlayır backend

ABŞ-ın 500 nəhəng şirkəti öz ölkəsində vergi ödəməkdən yayınmaq məqsədilə İrlandiya, Lüksemburq və Niderlandda 2,1 trilyon dollardan artıq vəsaiti offşor hesablarda saxlayırlar.

AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, son hesabata əsasən, nəhəng korporasiyaların ABŞ büdcəsinə 620 milyard dollar vergi borcu var.

Təkcə “Apple” şirkətinin xarici hesablardakı pulu 181 milyard dollardır. Bu məbləğin offşor hesabda olması şirkətə 59 milyard dollar vəsaiti vergidən yayındırmağa şərait yaradır.