Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin həyata keçirdiyi “Xocalı rayonunun tarix-mədəniyyət abidələri” adlı layihəsi çərçivəsində Xocalının tarixinə və mədəniyyətinə işıq salınacaq.
Qaziler.az xəbər verir ki, bu barədə ictimai birliyin sədri, layihə rəhbəri Ceyran Əzizova məlumat verib. Onun sözlərinə görə, Xocalının mədəniyyət abidələri haqqında həm Azərbaycan, həm də ingilis dilində kitab çap edilib.
Ceyran Əzizova bildirib ki, Xocalı faciəsinin bu günə qədər beynəlxalq aləmdə tanınması məqsədilə lazımi işlər görülsə də, bu faciəyəyə siyasi qiymət verilməsi üçün hələ çox layihələr icra etməliyik.
Qeyd edək ki, “Xocalı rayonunun tarix-mədəniyyət abidələri” layihəsinin icra müddəti 4 aydır.