"Qarabağın inşasında hər bir Azərbaycan vətəndaşı iştirak etməlidir"

"Qarabağın inşasında hər bir Azərbaycan vətəndaşı iştirak etməlidir" backend

Oktyabrın 8-də Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində "Qarabağın quruculuğunda iştiraka təşviq" layihəsi çərçivəsində üçüncü tədbirini keçirdi.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov 44 günlük Vətən müharibəsi və ondan sonrakı dönəmdə ölkədəki dinc quruculuq dövründən, dövlət – vətəndaş birliyinin ən yüksək səviyyədə olmasından, Azərbaycan vətəndaşının istər müharibə zamanı, istərsə də, bu gün Qarabağın yenidən inşasında fəallığı barədə tədbir iştirakçılarına məlumat verdi.

 


Sonra Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad eilməsini təklif etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Layihə rəhbəri tədbirin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutuduğunu dedi. Q.Həsənov tədbirin təşkilində yaxından köməyi üçün Azərbaycan Respublikası Prezident Admnistrasiyasına, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Sabirabad rayon İcra hakimiyyətinə və Sabirabad Dövlət Sosial-İqtisadi kollecinə minnətdarlığını bildirdi. "Bu gün özünü böyük hesab edib Azərbaycanla diktə ritorikasında danışmaq istəyənlərə öz işimiz və əməlimizlə cavab veririk" - deyə çıxışını davam etdirən layihə rəhbəri bu istiqamətdə baş verən hadisələrin ölkəmizə, Qarabağın quruculuğuna təsir etməyəcəyi ilə bağlı tədbir iştirkçılarına məlumat verdi. “Qarabağın yenidən, daha inkişaf etmiş formada dünyaya təqdim edilməsi ölkəmizin ən böyük uğurlarındadındır”. Sonra söz layihənin eksperti Taleh Əliyevə verildi.

 


"Qarabağın inşası projesində hər bir Azərbaycan vətəndaşı iştirak etməlidir"- sözləri ilə çıxışa başlayan ekspert əlavə olaraq bildirdi ki, bu məsələdə ölkə gənclərinin üzərinə böyük və müqəddə vəzifə düşür.
Daha sonra layihənin eksperti Taleh Əliyevə təbir iştirakçılarına 44 günlük Vətən müharibəsindən sonra Qarabağın yenidən və əsaslı şəkildə qurulması prosesində əldə olunan təcrübələrin uğurlu tətbiqindən danışdı, tədbir iştirakçılarına bu prosesdə aktiv olmanın vacibliyini ilə bağlı çağrış etdi.

Tədbir, iştirakçıları maraqlandıran suallara cavab verildikdən sonra başa çatdı.

conflict.az

Diaspora