İlham Əliyevdən Rumıniya prezidentinə başsağlığı

İlham Əliyevdən Rumıniya prezidentinə başsağlığı backend

Prezident İlham Əliyev Rumıniya prezidenti Klaus İohannisə başsağlığı verib. Lent.az-ın xəbərinə görə, başsağlığında deyilir:


“Hörmətli cənab Prezident, Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.