Sinxua agentliyi Azərbaycandakı parlament seçkilərindən yazır

Sinxua agentliyi Azərbaycandakı parlament seçkilərindən yazır backend

Çinin Sinxua agentliyi Azərbaycanda uğurla keçən parlament seçkilərindən yazır. AZƏRTAC Secki-2015.az saytına istinadla xəbər verir ki, agentliyin yaydığı məlumatda Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin hesabat öz əskini tapıb. Bildirilib ki, hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanıb.

Yazıda göstərilir ki, seçki məntəqələri saat 19.00-da bağlanıb, seçicilərin 55.7 faizi seçkilərdə iştirak edib. Ən yüksək seçici fəallığı Xəzər (81,2 faiz) rayonunda qeydə alınıb. Seçkiləri beynəlxalq təşkilatlardan 503 müşahidəçi izləyib. Onlar seçkilərin çox yaxşı təşkil olunduğunu, demokratik və şəffaf keçdiyini bəyan ediblər.