“Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilib

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilib backend

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Qanuna əlavə edilən hissədə kütləvi informasiya vasitələrində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqana həmin məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququ verilməsi əksini tapıb