Bakıda “Akademik Elm Həftəliyi- 2015” Beynəlxalq Forum keçirilir

Bakıda “Akademik Elm Həftəliyi- 2015” Beynəlxalq Forum keçirilir backend

Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında bu qurumun yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi- 2015” Beynəlxalq Multidissiplinar Forum keçirilib.

Tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri forumun açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib.

Akademik qeyd edib ki, bu yaxınlarda AMEA-nın yaranmasının 70 illiyi qeyd olunacaq. A. Əlizadə rəhbərlik etdiyi qurumda aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışıb. Alim eyni zamanda, forumun əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər alimlər də ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər.