“Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri” adlı layihə başa çatıb

“Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri” adlı layihə başa çatıb backend

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrand müsabiqəsində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi də (MVQSYİB) qaliblər sırasında yer alıb.

“Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri” adlı layihəsi artıq icra edilir. Layihənin icrası 01 iyun 2024-cü il tarixində başlanıldı. Layihənin icrası məqsədi ilə “Cinayət işi 1937” adlı sənədli film çəkiləcək. Film ingilis və azərbaycan dilində olacaq. “CİNAYƏT İŞİ 1937” adlı sənədli filmin çəkilişləri REPRESSİYA muzeyindən başladı.

Layihənin icrası məqsədi ilə görüşlər tədbirlər keçiriləcək. Layihədə 1937-39-cu illər əzində represiyaya məruz qalmiş, Vətən xaini damğası vurulmuş Azərbaycan ziyalılarının sürgün edilmiş həyat yoldaşları haqda məlumatı özündə əsk etdirən “Cinatəy işi 1937” adlı sənədli filmdə faktlar danışacaq.

Layihənin tədbirləri Bakı şəhəri və Ağcabədi rayonlarında icra edilmişdir. Ümumi büdcəsi 10000 AZN, mühasibi Quliyeva Xəyalə, rəhbəri Radə Abbasdır.



Bakı şəhərində layihənin ilk tədbiri Azərbaycanın mübariz qadını 1941-45-ci illərdə ikinci denya müharibəsinin içtirakçısı Fatma Səttarova ilə görüşlə başlamalı idi. Lakin Fatma xanım xəstəxanada olduğu üçün onunla tədbirimiz ancaq fatma xanımı xəstəxanada görüb görüşməklə kifayətlənmək məcburiyyətində qaldıq. Bir neçə gün sonra isə Fatma xanım dünyasını dəyişdi.


Layihənin ilk baş tutan tədbiri isə Müharibə Veteranı Qadınlarla görüş və eyni zamanda müharibə veteranı qadınımız Dilbər xanım İsayevanın qardaşı şəhid İsayev Raqifin xatirə gecəsi keçirildi.

14 avqust 2024-cü il tarixində saat 15-00 da Bakıxanov qəsəbəsində OCAQ Mərasim evində ANAMANIN və bütün Azərbaycan xalqının şəhidi İsayev Raqif Deputat oğlunun xatirə gününü qeyd edilərkən ANAMA rəhbərliyi, Anama ictimai Şurasının üzvlər və ANAMA əməkdaşlarının iştirak etdiyi tədbirdə müharibə veteranı qadınlarımız ayrıca təqdim edildi, dinlənildi və bütün məclis üzvləri lazım olan zamanda canını vətənə qurban verməyi bacaran qadınlarımız ayaq üstə alqışladılar.



Bakı şəhərində “Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri” adlı layihənin icrası məqsədi ilə keçirilən növbəti tədbir isə Azərbaycanın şəhid Milli Qəhramanı Muxtar Qasımovun həyat yoldaşı,müharibə veteranı, Azərbaycan hərb tarixinin ilk hətbi cərrah qadını, polkovnik Mətanət Abbasova ilə görüş keçirildi. Görüşdə müharibə veteranları, şəhid ailələri və istimaiyyət nümayəndələri iştirak etdilər.



Layihənin növbəti və sonuncu tədbiri Ağcabədi rayon Mədəniyyət evində keçirildi. Tədbirdə Ağcabədi rayonun qadınlarının daha çox iştirak etməsinə çalışdıq qadınlar haqda qısa məlumatdan sonra layihənin icrası məqsədi ilə çəkilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yayım vəsiqəsinə layiq görülmüş “Cinayət işi 1937-38” adlı sənədli filmin təqdimat tədbiri keçirilmişdir.



Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas

Diaspora