Nazirlər Kabinetində vəzifə dəyişikliyi

Nazirlər Kabinetində vəzifə dəyişikliyi backend

Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.

"Qaynarinfo"nun məlumatına görə, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.

Bununla da, baş nazirin köməkçilərinin sayı üçə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.

Diaspora