Oktyabrın 2-də-də Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində "Qarabağın quruculuğunda iştiraka təşviq" layihəsi çərçivəsində ikinci tədbirini keçirib.
Qaziler.az "conflict.az"a istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qasım Həsənov Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad eilməsini təklif edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilib.
Layihə rəhbəri tədbirin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutuduğunu qeyd edib. Q.Həsənov tədbirin təşkilində yaxından köməklik göstərdikləri üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Bərdə rayon İcra hakimiyyətinə və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinə minnətdarlığını bildirib. Layihə rəhbəri Qarabağın quruculuğu prosesinə start verildiyi gündən işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri ilə bağlı məlumat verib. Q.Həsənov əlavə olaraq bildirdi ki, görülən işlərin miqyası o, qədər böyükdür ki, bu prosesi tarixin heç bir dönəmində, hər hansı bir dövlətin işi ilə müqayisə etmək mümükün deyil. Çünki Azərbaycan yeni quruculuq modelin müəllifidir. Sonra söz kollecin direktoru Xosrov müəllimə verilib.
Direktor qonaqları salamladıqdan sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin komandanlığı ilə xalqımızın tarixi qələbəsi və bu qələbədən sonra Qarabağda aparılan əsaslı quruculuq işlərinin nəticə etibarı ilə dövlətin tamlığına, bütövlüyünə təsir edəcək müsbət amillərlə bağlı danışıb.
Daha sonra söz layihənin eksperti Taleh Əliyevə verilib. T.Əliyev təbir iştirakçılarına müharibədən sonrakı dönəmlərdə işğala məruz qalmış ərzilərdə aparılan quruculuq mərhələsindəki dünya təcrübəsindən və bu təcrübəyə töhvə verən Azərbaycan modeli haqqında məlumat verib. Ekspert Qarabağın bərpasına ayrılan dövlət vəsaitinin miqdarı, onun xərcləndiyi sahələrin rentabelliyi, ölkə iqtisadiyyatına verə biləcəyi töhvələrlə bağlı da tədbir iştirakçılarına geniş məlumatlar verib. Əlavə olaraq qeyd etdi ki, əgər şəhidlərimiz öz canlarını qurban verərək vətən torpağını azad etməklə xalq və tarix qarşısında xidmət ediblərsə, Azərbaycan insanı onların bu tarixi qəhrəmanlığını yalnız həmin ərazilərin abadlaşdırılması ilə qiymətləndirə bilərlər. Tədbir iştirakçılarından Apaz Şükürzadə, Aytac Quliyeva çıxış ediblər. Mövzu ilə bağlı suallar verilib. Layihə rəhbəri və ekspert T.Əliyev onları maraqlandıran suallara cavab verildikdən sonra tədbir başa çatıb.