“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Naxçıvanda və Türkiyədə beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulub. Artıq Naxçıvan konfransımıza hazırlıqlar tamamlanıb”.
Qaziler.az bildirir ki, nunu açıqlamasında sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.
O, qeyd edib ki, layihə çərçivəsində keçiriləcək “Müasir türk biliyinə açılan qapı -Naxçıvan Sazişi” adlı konfransda qardaş Türkiyədən də qonaqlar iştirak edəcək: “Həmçinin dəvətimizi yüksək dəyərləndirən, lakin üzrlü səbəbə görə iştirak edə bilməycək tanınmış simalar konfransımıza videoçıxışlar göndərib”.
Nadir Azəri bildirib ki, konfransda Milli Məclisin komitə sədrləri, Xalq artisti, Professor Polad Bülbüloğlu və Fazil Mustafanın təbrik məktubları da oxunacaq: “Mən yaranmış fürsətdən istifadə edərək Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğluna və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafaya CASCFEN-ə verdikləri yükək dəyərə, fəaliyyətimizə göstərdikləri yüksək diqqətə görə minnətdarlıq edirəm. Qeyd edim ki, hər iki dəyərli insanın konfrans iştirakçılarına ünvanladıqları məktubda bu tədbirin, Naxçıvan Muxtar Respublikasının 100, Türk dövlət başçılarının imzaladığı “Naxçıvan Sazişi”nin 15 illik yubileyinə təsadüf etməsinin çox xoş olduğu vurğulanır. Məktublarda Azərbaycanın türk ölkə və topluluqları ilə mədəni bağlarının inkişafında öz töhfələri ilə seçilən CASCFEN-nin Türk dünyası aydınlarının bir-biri ilə yaxından bağlar qurmasında, Azərbaycan həqiqətlərinin təbliğində önəmli bir platforma sayıldığı xüsusi qeyd edilir”.
Nadir Azəri əlavə edib ki, rəhbərlik etdiyi İctimai Birlik bu cür dəyərli şəxsiyyətlərin diqqətindən güc alaraq, Türk dünyasına xidmət yolunda daha da inamlı addımlar atacaq: “Eyni zamanda hər iki komitə ilə əməkdaşlığımızı da intensivləşdirəcəyik”.