Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib

Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, “Yaşıl iqtisadiyyat - bacarıqlar, maliyyə və ədalətli keçid probleminin həll edilməsi” mövzusunda keçirilən tədbirdə nazir ölkəmizin ətraf mühitin qorunması məqsədilə yaşıl iqtisadiyyata keçidi tam dəstəklədiyini bildirib.

O, bu keçidin iqtisadiyyatın bütün iştirakçıları üçün rahat və optimal olmasının, sosial və əmək hüquqlarının təmin edilməsi baxımından ədalətli və inklüziv mühitdə baş tutmasının vacibliyini qeyd edib.

Bakı İqlim Fəaliyyəti Həftəsi ərzində bölüşüləcək təcrübələrin həm ölkə, həm də regional səviyyədə insan kapitalının inkişafı üçün yeni imkanlar açacağı, yaşıl iqtisadiyyata keçid dövrünə xas olan işçi qüvvəsinin formalaşdırılmasına və potensialından səmərəli istifadə edilməsinə, yeni təşəbbüslərin və innovativ yanaşmaların müəyyən edilməsinə zəmin yaradacağı vurğulanıb. 

Diaspora