Qarabağda və Şərqi Zəngəzurda bu günədək 8500-dən çox keçmiş məcburi köçkün məskunlaşdırılıb

Qarabağda və Şərqi Zəngəzurda bu günədək 8500-dən çox keçmiş məcburi köçkün məskunlaşdırılıb backend

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində bu günədək 8500-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb.

Bu barədə Qaziler.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdir:

"Lakin işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükə hələ də qalmaqdadır. Bu təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində hazırladığı növbəti videoçarx insanları mina təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır".

Diaspora