Dünya iqlim dəyişmələrinə uyğunlaşmalıdır - Umayra Tağıyeva

Dünya iqlim dəyişmələrinə uyğunlaşmalıdır - Umayra Tağıyeva backend

Dünya iqlim dəyişmələrinə uyğunlaşmalıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib.

"Uyğunlaşma qlobal iqlim gündəliyində əsas yer tutur. Dünya artıq orta temperaturun artması, mövsümlərin dəyişməsi və ekstremal hava hadisələrinin artması ilə üzləşir ki, bu da ölkələrdən və cəmiyyətlərdən iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətini və mövcud və gələcək təsirlərə effektiv reaksiya verməyi tələb edir", - o qeyd edib.

Onun sözlərinə görə, uyğunlaşma müxtəlif yollarla həyata keçirilə bilər: daşqınlardan qoruyucu qurğuların yaradılması, erkən xəbərdarlıq sistemlərinin yaradılması, quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinə keçid, rabitə sistemlərinin yenilənməsi, biznes əməliyyatları və dövlət siyasətinin modernləşdirilməsi.

Umayra Tağıyeva vurğulayıb ki, Azərbaycan da regiona xas olan iqlim dəyişikliyinin təsirləri ilə üzləşib: torpaq eroziyası, buzlaqların əriməsi, su-botanika yerlərinin deqradasiyası, dəniz səviyyəsinin dəyişməsi, meşə yanğınları və su ehtiyatlarının azalması, külək aktivliyinin azalması.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

 

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Diaspora