ANAMA İctimai Şuranın üzvləri ilə gələcək layihələri müzakirə edib - FOTO

ANAMA İctimai Şuranın üzvləri ilə gələcək layihələri müzakirə edib - FOTO backend

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti üzvləri Agentlik yanında İctimai Şuranın nümayəndələri ilə görüş keçirib.

Qaziler.az bildirir ki, görüşdə mina qurbanlarının ehtiyaclarının öyrənilməsi, minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri, mina təhlükəsi ilə mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu, gələcək fəaliyyət istiqamətləri, eləcə də bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin üzləşdiyi mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində hesabatların, məqalələrin, habelə tədbirlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov mina təhlükəsi ilə mübarizə istiqamətində Agentlik tərəfindən icra edilən fəaliyyətlə daha yaxından tanışlıq məqsədilə İctimai Şuranın üzvlərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərinin vacibliyini bildirib.

İclasda İctimai Şuranın üzvlərinin görülən işlər və gələcək layihələrə dair fikirləri, təklifləri dinlənilib.

Agentliyin Aparatında keçirilən görüş çərçivəsində İctimai Şuranın üzvləri Agentliyin struktur bölmələrinin fəaliyyəti ilə tanış olublar.
 

Diaspora