Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü keçirilir.
Apa xəbər verir ki, açılış günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadari, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, Təşkilat Komitəsinin üzvləri və xarici qonaqlar iştirak edir.
Beynəlxalq perspektiv və yerli kontekslə Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) siyasət, özəl sektor, maliyyə, ticarət və investisiya, elm və akademiya, incəsənət və mədəniyyət, vətəndaş cəmiyyəti və media kimi əsas maraqlı tərəfləri bir araya gətirəcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi davamlı inkişaf üçün mövcud təşəbbüslər də daxil olmaqla, Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı milli söhbətin dərinləşdirilməsi və fəaliyyətin sürətləndirilməsi üçün əsas məqam olacaq. BİFH siyasi və biznes liderlərindən tutmuş yerli icmalara və gənclərə qədər hər kəsi cəlb etməyə çalışacaq. BİFH Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mövcud problemlərini həll etmək, neft və qaz kimi əsas sektorlarda indiyədək əldə edilmiş nailiyyətləri araşdırmaq, regionda və beynəlxalq miqyasda tərəfdaşlıqları yaratmaq və dərinləşdirmək üçün maarifləndirici və ruhlandırıcı platforma rolunu oynayacaq.