Bakıda Skandinaviya ölkələrinin səfirlərinin panel müzakirəsi keçirilir

Bakıda Skandinaviya ölkələrinin səfirlərinin panel müzakirəsi keçirilir backend

Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində Skandinaviya ölkələrinin səfirlərinin iştirakı ilə panel müzakirələri keçirilir.

“Report” xəbər verir ki, müzakirələr Skandinaviya ölkələrinin bərpa olunan enerji mənbələrinə keçid təcrübəsinin müzakirəsinə və iqlim dəyişikliyi probleminin həlli yollarının tapılmasına həsr olunub.

Tədbirdə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson, Finlandiyanın Azərbaycandakı və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen, Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft, həmçinin Norveç Xarici İşlər Nazirliyinin “yaşıl keçid" üzrə xüsusi nümayəndəsi Per Strand Şosta iştirak edir.

Panel müzakirələrində dövlət qurumları, vətəndaş cəmiyyəti və KİV nümayəndələri iştirak edəcək.

Müzakirələrdən sonra səfirlər iştirakçıların suallarını cavablandıracaqlar.

Diaspora