Şəhid atası: Azərbaycan xalqının şəhidlərini unutmaması bizi çox qürurlandırır

Şəhid atası: Azərbaycan xalqının şəhidlərini unutmaması bizi çox qürurlandırır backend

Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmur, bu, bizi qürurlandırır.

"Report" xəbər verir ki, bunu Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanda şəhidlərin məzarlarını ziyarət zamanı jurnalistlərə açıqlamasında şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.

O bildirib ki, şəhid Cəbrayıl Dövlətzadə Azərbaycana dost olan bütün ölkələrdə yaxşı tanınır:

“Bu gün xalqımız öz şəhidlərini ziyarət edir, bu bizi həm kövrəldir, həm də qürurlandırır. Şəhidlər Ali Baş Komandan İlham Əliyevin hər zaman diqqətində olub. Ziyarətə gələnlərə təşəkkür edirəm, xalq şəhidlərimizi hər zaman yad edir. Xalqımızla fəxr edirəm, çünki bu xalq öz şəhidlərini heç vaxt unutmur”.

Diaspora