Sahibkarlara ŞAD XƏBƏR :Nazirlikdə yeni şöbə yaradılıb

Sahibkarlara ŞAD XƏBƏR :Nazirlikdə yeni şöbə yaradılıb backend

Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib,


Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyində yeni şöbə yaradılıb. Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi üçün yaradılmış yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək.