Hərbi yük maşını qatarla toqquşdu: 1 yaralı

Hərbi yük maşını qatarla toqquşdu: 1 yaralı backend

Müdafiə Nazirliyindən verilən məlumata görə, Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub. Qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.


Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.