İranda neft müəssisəsində partlayış olub

İranda neft müəssisəsində partlayış olub backend

Bildirilib ki, İranın Simnan vilayətində neft obyektində baş verən qəza partlayışlara səbəb olub, yanğın nəticəsində 2 nəfər ağır yaralanıb.

Qaziler.az bildirir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Simnan vilayətinin Germsar şəhərindəki neft müəssisəsində baş verən qəza 3 partlayışa səbəb olub.

Partlayışlardan sonra başlayan yanğına yanğınsöndürənlər müdaxilə edib. Uzun səylərdən sonra yanğın nəzarət altına alınıb. Lakin yanğın zamanı 2 nəfər ağır xəsarət alıb.

Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

Germsar, Simnan şəhəri paytaxt Tehrandan 120 kilometr cənub-şərqdə yerləşir.

QAZİLER.AZ 

Diaspora