Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihəsinin icrası davam edir.
Qaziler.az xəbər verir ki, görüşlərin birində ötən il minaya düşüb hər iki ayağını itirən 5 uşaq atası Zaməddin Həsənovla tanış olublar.
Layihə rəhbəri Rey Kərimoğlu Zaməddin Həsənovla Tərtər rayonunun Həsənqaya kəndində görüşüb. O, qeyd edib ki, ağır vəziyyətdə yaralanan mina qurbanı hər iki ayağını itirib və özünə məxsus “ Lada 21011” markalı avtomobilini idarə etməsi üçün atası maşının içində ona xüsusi şərait yaradıb. Çəkilən görüntülərdə mina qurbanının avtomobilə kimsənin köməyi olmadan oturduğu müşahidə olunur.
QAZİLER.AZ daha ətraflı videoda təqdim edir: