Azərbaycanlılar İndoneziyaya vizasız gedəcəklər

Azərbaycanlılar İndoneziyaya vizasız gedəcəklər backend

Yeni qayda noyabrın 1-dən güvvəyə minir Noyabrın 1-dən Azərbaycan vətəndaşları İndoneziyaya vizasız səfər edə bilərlər. ANS PRESS-in məlumatına görə, bu haqda İndoneziyanın Azərbaycandaki səfirliyi məlumat verib. Vizasız rejim yalnız turistlərə tətbiq olunacaq. İndoneziyaya turistik məqsədlərlə səfər edən Azərbaycan vətəndaşları ölkədə bir ay ərzində vizasız qala bilərlər.

Yeni qaydalara görə, Azərbaycandan gələn turistlərin pasportlarına ölkədə 30 gün ərzində qalmağa icazəni nəzərdə tutan möhür vurulacaq. (Bu müddət uzadıla bilməz.) Buna görə turistdən əlavə pul alınmayacaq.
Viza rejiminin ləğvi haqda qərar İndoneziya və Azərbaycan arasında turizm sahəsində münasibətlərin genişləndirilməsi üçün qəbul edilib.

İndoneziyadan savayı, Azərbaycan vətəndaşları həmçinin Kuba, İordaniya, Türkiyə, Tunis, Suriya, Seyşel adaları, Şimali Kipr, Mavritaniya, Maldiv adaları və Malayziyaya vizasız ziyarət edə bilərlər.

Bundan əlavə ölkə vətəndaşları Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan və Ukraynada 90 gün ərzində vizasız yaşaya bilərlər.