FHN Lənkərandakı güclü yağışlarla bağlı məlumat yaydı

FHN Lənkərandakı güclü yağışlarla bağlı məlumat yaydı backend

Fövqəladə Hallar Nazirliyi Lənkəranda güclü yağışların törətdiyi fəsadlar barədə məlumat yayıb.

Lent.az-ın nazirliyin saytına istinadən xəbər verir ki, Cənub Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyani sahələrini və yolları su basıb. Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.

Əlavə məlumat veriləcək.