Prokurorluq əməkdaşlarının ağacəkmə kampaniyası

Prokurorluq əməkdaşlarının ağacəkmə kampaniyası backend

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər.

QAZÌLER.AZ   Lent.az-a istinaden verdiyi xəbərə görə, bu gün baş tutan kampaniya prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilib.

Ağacəkmə kampaniyasında Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayev iştirak edib.

Tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1000-dən çox ağac əkilib.

Kampaniyadan sonra baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.

 

Diaspora