Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Orada onun bir sıra görüşləri və BMT-də çıxışı planlaşdırılır.
Bu barədə RBC-Ukrayna prezident aparatına istinadən məlumat yayıb.
Prezident Ofisinin məlumatına görə, Zelenski BMT Baş Assambleyasında çıxış edəcək. O, Amerikanın müdafiə və enerji şirkətlərinin nümayəndələri, eləcə də Ukrayna ictimaiyyəti ilə görüşəcək. Ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli danışıqlar aparacaq.
Zelenskinin ABŞ prezidenti Co Baydenlə də görüşü planlaşdırılıb və ona qələbə planını təqdim edəcək. Zelenski bu planın təfərrüatlarını, həmçinin ABŞ-ın Ukraynanın azadlıq mübarizəsinə dəstəyini müzakirə etməyi planlaşdırır.
“Vladimir Zelenski həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris, hər iki partiyadan ABŞ Konqresinin nümayəndələri və ABŞ-ın 45-ci prezidenti Donald Trampla görüşlər planlaşdırır”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ