İkinci Şəhidlər Xiyabanında anım tədbiri keçirilib - FOTO

İkinci Şəhidlər Xiyabanında anım tədbiri keçirilib - FOTO backend

Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların anım tədbiri keçirilib.

"Report" xəbər verir ki, İkinci Şəhidlər Xiyabanında keçirilən tədbirdə onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin dövlət himni səsləndirilib.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra bölgə separatist terrorçulardan təmizlənib.

Diaspora