Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub backend

İlkin məlumata görə, yerli vaxtla saat 03:47-də Xəzər dənizində 4 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, sentyabrın 14-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ baş verib.

Diaspora