Rusiyada saxlanılan azərbaycanlı vəkil həbs edilib

Rusiyada saxlanılan azərbaycanlı vəkil həbs edilib backend

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə TASS məlumat yayıb.

“İstintaqın vəsatəti təmin edilməlidir”, - məhkəmə qərardadında deyilir.

Vəkil noyabrın 15-dək istintaq təcridxanasında olacaq.

Qeyd edək ki, E.Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.

Diaspora