Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.
Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadla xəbər verir.
DƏMX-in fəaliyyət sahələrində son illər aparılan islahatlarla bağlı təqdim edilən müsabiqə işi müstəqil münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilib.
Beləliklə, DƏMX müsabiqənin qalibi seçilərək “Global Recognition Award 2024” mükafatına layiq görülüb.
Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrdən dövlət və özəl qurumların, nüfuzlu beynəlxalq təşkilatların da iştirak etdiyi müsabiqə innovasiya, korporativ məsuliyyət və s. üzrə ən önəmli nailiyyətləri qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.
Qeyd edilən mükafat da rəqəmsal texnologiyaların, innovativ yanaşmaların geniş tətbiqi və s. üzrə mühüm nailiyyətlər əldə edən təşkilatlara verilir.