Vətən müharibəsi şəhidləri ilə bağlı "Vikipediya"da yaradılan məqalələrin silinməsi ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.
Bu barədə AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada qeyd edilib.
"Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan, səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk", - açıqlamada vurğulanıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
