“İstanbul NS” klinikasında müəmmalı şəkildə ölən şəxsin ailəsi PREZİDENTƏ MÜRACİƏT ETDİ

 “İstanbul NS” klinikasında müəmmalı şəkildə ölən şəxsin ailəsi  PREZİDENTƏ MÜRACİƏT ETDİ backend

Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktı Nərimanov rayon prokurorluğu bu məsələ üzrə cinayət işinin başlanmayacağını, araşdırmanın sonlandırıldığını bildirmişdi.

Mərhumun qardaşı Qabil Şükürov Qaziler.az bildirib ki, Nərimanov Rayon Məhkəməsi prokurorluğun verdiyi qərarı, yəni ölüm faktının araşdırılmasından imtina qərarını ləğv edib. 

Böyükağa Şükürovun qardaşı Qabil Şükürov ailəsinin Prezidentə, Vitse-prezidentə bu ölüm faktı ilə bağlı işi Nərimanov Rayon Prokurorluğundan alınaraq araşdırmanın başqa rayon prokurorluğunda və ya Baş Prokurorluqda davam etdirilməsi xahişi ilə müraciət etdiklərini bildirib.

"Nərimanov Rayon Prokurorluğunun bu haqsız qərarını Nərimanov Rayon Məhkəməsi ləğv etdi. Biz  Şükürov Böyükağa Böyükkişi oğlunun ailəsi olaraq onun müəmmalı şəkildə ölməsi faktının araşdırılmasının başqa rayona və yaxud Baş Prokurorluğa verilməsi xahişi ilə Prezidentə və Vitse-prezidentə müraciət edirik".

QAZİLER.AZ

https://qaziler.az/news/country/160137-qardasi-istanbul-ns-klinikasinda-oldurulen-sexs-prezidente-muraciet-etdi

https://qaziler.az/news/country/160382-qardasinin-klinikada-oldurulduyunu-deyen-sexs-prokurorluqdan

Diaspora