Nərimanov Prokurorluğunun qərarı ləğv edildi

Nərimanov Prokurorluğunun qərarı ləğv edildi backend

Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktı Nərimanov rayon prokurorluğu bu məsələ üzrə cinayət işinin başlanmayacağını, araşdırmanın sonlandırıldığını bildirmişdi.

Mərhumun qardaşı Qabil Şükürov Qaziler.az bildirib ki, Nərimanov Rayon Məhkəməsi prokurorluğun verdiyi qərarı, yəni ölüm faktının araşdırılmasından imtina qərarını ləğv edib. 

Qardaşı Şükürov Böyükağa Böyükkişi oğlunun Bakıdakı “İstanbul NS” klinikasında müəmmalı şəkildə ölməsi faktı ilə bağlı bir neçə ay əvvəl Nərimanov rayon prokurorunun qəbulunda olduğunu deyən Q.Şükürov prokurorun məsələ üzrə cinayət işinin başlanmayacağını, araşdırmanın sonlandırıldığını bildirmişdi.  "Baxmayaraq ki, bu qədər tutarlı arqumentlər var və baxmayaraq ki, ekspertlər, hətta istintaqın mötəbər kimi qəbul etdiyi sonuncu ekspert Şükürov Böyükağa Böyükkişi oğlunun müalicəsinin düzgün aparılmadığına, cərrahi əməliyyatın vaxtında həyata keçirilmədiyinə, bunun da onun vəziyyətinin ağırlaşmasına səbəb olduğuna dair rəy vermişdi".

 

https://qaziler.az/news/country/160137-qardasi-istanbul-ns-klinikasinda-oldurulen-sexs-prezidente-muraciet-etdi

https://qaziler.az/news/country/160382-qardasinin-klinikada-oldurulduyunu-deyen-sexs-prokurorluqdan

Diaspora