“Bakı Metropoliteni” QSC-nin Yaşıl və Qırmızı xətlərində intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.
Qaziler.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilib ki, "Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.
Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.
Maşinistin doğru qərar verdiyi məlum olub. Həmin sərnişinin heç bir zərurət olmadan müdaxilə etdiyi kranın diyircəyi sıradan çıxıb.