Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, tibbi ekspertiza təyin edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.