Polşa Respublikasının gömrük rəsmiləşdirilməsi sistemləri fəaliyyətini bərpa edib. Ukrayna ilə sərhəddə keçid məntəqələri adi rejimdə işləyir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edildiyi kimi, bundan əvvəl də Polşa Respublikası gömrük xidmətinin iş sistemində yük avtomobillərinin keçidində gecikmələrə səbəb olan nasazlıq qeydə alınıb.
"Polşa tərəfi problemləri aradan qaldırıb və nəqliyyat həmişəki kimi sərhəddən keçirilir", - mesajda deyilir.
QAZİLER.AZ