Xankəndi icra nümayəndəsi şəhid xanımı olan Xocalı sakinini qəbul etmir

Xankəndi icra nümayəndəsi şəhid xanımı olan Xocalı sakinini qəbul etmir backend

Şəhid xanımı Ceyran Əzizova Xocalıya köçsə də iş tapa bilmir.

Qaziler.az bildirir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu özünün feysbuk hesabında paylaşım edib. 

Qarabağ qazisi bunları yazıb: "Şəhid xanımı Ceyran Əzizova Xocalıya köçən və orada yaşayan xocalılardan biridir. Köçənə qədər Bakıda çalışıb. Amma indi işsizdir. Dəfələrlə iş üçün müvafiq rəsmi şəxlərə müraciət edib. Amma nəticəsi yoxdur. Ceyran xanım həm də ictimai aktiv bir insandır. Hörmətli Prezidentimizin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Mustafa oğlu Yusubovla görüşmək istəyib. Amma cənab Elçin müəllim Şəhid xanımını qəbul etməyib. Naəlac qalan Şəhid xanımı onun müvaini ilə görüşmək istəyib. O qardaş da Şəhid xanımını qəbul etməyib...Nəhayət Şahid xanımını nümayəndəliyin ümumi şöbəsinin əməkdaşları qəbul edib. Üç nəfərə bir ərizə ilə müraciət etməyi təklif ediblər. Ceyran xanım da yenə naəlac qalıb belə edib...Təxminən 1 aya yaxın vaxt keçib hələ də xəbər yoxdur. Pardon, bağışlayın, üzr istəyirəm...Xəbər çıxıb. Digər 2 nəfər ərizəçi ilə bağlı xəbər çıxıb. Onları Nümayəndəliyə dəvət ediblər. Nəticəsini bilmirik. Amma, ancaq və lakin...Şəhid xanımı Ceyran Əzizova hələ də cavab gözləyir! Bax belə! Əslində Şəhid ailələri və Qazilər növbədən kənar qəbul edilməlidir. Bu Elçin müəllimin bir böyüyü, kiçiyi, yaxını bu postu oxuyacaqsa, çox xahiş edirəm ona çatdırsınlar ki, Şəhid ailəsi ilə belə sayğısız davranmaq olmaz!"

Rey Kərimoğlu əlavə edib ki, şəhid ailəsini qəbul etmək hər kəsin borcudur: "Bu, Prezidentin tapşırığıdı, əmridi, tövsiyəsidi, qanunvericiliyin tələbidi, insanlığın, mənəviyyatın ölçüsüdür. Şəhid ailəsinin işi düzələcək, ya düzəlməyəcək, o başqa məsələdir, amma onu qəbul etmək, sənin borcundur. Bu, hər kəsin borcudur!".

QAZİLER.AZ

Diaspora