“Formula 1“ yarışlarına görə Bakıda yol bağlanır

“Formula 1“ yarışlarına görə Bakıda yol bağlanır backend

2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar bəzi yolların asfalt örtüyü yenidən qurulacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, bu məqsədlə paytaxtın Xaqani küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlı olacaq.

"Formula 1" yarışları ilə bağlı dəyişiklik ediləcək yollar, təmirə bağlanacaq növbəti küçə və ya prospektlər haqqında bir neçə gün öncədən ictimaiyyətə məlumat veriləcək.