Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib

Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib backend

Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.

“Report”un xəbərinə görə, Xalq artisti bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib. O, müraciətində klinika tərəfindən ona mənəvi zərərin ödənilməsini tələb edib.

Onun müraciəti hakim Nigar Nəbizadənin icraatına verilib. Müraciətə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, bu il iyul ayında “Medera Hospital”da Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Diaspora