Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Yeraltı təkanlar saat 10:45-də Cəlilabad stansiyasından 28 km şimal-qərbdə olub. Zəlzələ ocağı 54 kilometr dərinlikdə yerləşib.
"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - nazirlikdən bildirilib.