QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı bəyanata "Qarabağ qaziləri"nin REAKSİYASI

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı bəyanata  "Qarabağ qaziləri"nin REAKSİYASI backend

Bildiyiniz kimi bu gün Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi tərəfindən son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etdiyi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını orden və medallarda təltif etdiyi barədə bəyanat yayılıb. Agentlik bu işlə məşğul olan QHT-lərə müraciət edərək, onları yanlış fəaliyyətdən çəkinməyə çağırıb. 

Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu şəxsi feysbuk səhifəsində yazı paylaşıb. O, paylaşımında medalların verilməsi ilə bağlı təklifini də irəli sürüb.

"Nəhayət, bəzi QHT-lərin bu saxta orden, medal alverinə dövlət səsini çıxartdı. Hələ sağlığında "Qarabağ qaziləri" ictimai birliyinin sədri Etimad Əsədov da illər əvvəl buna qəti şəkildə etiraz edirdi. Amma bəziləri buna əhəmiyyət vermirdi. Çox şükür, dövlətdən buna rəsmi reaksiya gəldi. Ordeni, medalı dövlət verər axı!

Xüsusilə qeyd etmək istərdim ki, dövlət də bu məslədə diqqətli olmalıdır. Birinci müharibənin şəhidlərinin hər birinə bir medal, məsələn "Vətən uğrunda" medalı, iştirakçılara isə "Vətən müharibəsi iştirakçısı" medalı verilsin. Yaralananlara isə "Cəsur döyüşçü" medalı verilsə çox yaxşı olar. Bu məsələ də öz həllini tapar".

QAZİLER.AZ

 

Diaspora