20 nömrəli məktəbdə həm layihələndirmə işləri, həm məktəbin fundamentinin qoyulması ilə bağlı işlər başa çatdırılıb. Lent.az-ın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Nazir müavini qeyd edib ki, hazırda layihələndirməyə aid bir sıra əlavə işlər görülür: “Layihələndirmə ilə bağlı müvafiq dövlət strukturları tərəfindən bir sıra əlavə tövsiyələr verilib. Həmin işlər də artıq yekunlaşmaq üzrədir. Hesab edirəm ki, yaxın zamanlarda inşaat işləri sürətlə aparılacaq”.20 nömrəli məktəblə bağlı YENİ XƏBƏR

