Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-də keçirilən “2024 Stevie®️ Awards for Technology Excellence” müsabiqəsində növbəti uğuruna imza atıb.
Qaziler.az xəbər verir ki, mərkəzin sosial sahədə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində gördüyü işlər və əldə etdiyi nailiyyətlər münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
Beləliklə, DOST RİM 20-dən çox ölkədən 600-dən artıq layihənin təqdim edildiyi müsabiqədə “Dövlət Texnologiyaları” kateqoriyası üzrə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb və müsabiqənin saytındakı qaliblər siyahısında yer alıb (https://stevies-tech.secure-platform.com/site/page/the-awards/2024-stevie-winners)
“Stevie®️ Awards” müsabiqəsi 2002-ci ildə təsis edilib və texnologiya sahəsində yüksək standartları, mükəmməlliyi təşviq etmək və texnologiyanın gələcəyini formalaşdıran fərdləri, komandaları və qurumları üzə çıxararaq beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.