Azərbaycanın 2 rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumatına görə, bu gün saat 11:57-də Qəbələdən 20 km şimal-şərqdə yeraltı titrəyişlər qeydə alınıb.
Mərkzədən bildirilib ki, yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.Şəmkirdə isə zəlzələ saat 12:04-də - Gəncədən 31 km şimali-qərbdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.
Qeyd edək ki, səhər saatlarında Xəzər dənizində də zəlzələ qeydə alınıb.