Növbədənkənar parlament seçkisinə sentyabrın 22–dək yekun vurulacaq

Növbədənkənar parlament seçkisinə sentyabrın 22–dək yekun vurulacaq backend

Növbədənkənar parlament seçkisinin nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin nə zaman başa çatacağı məlum olub.

APA-nın xəbərinə görə, bu, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.

Növbədənkənar parlament seçkisi ilə əlaqədar bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.

Seçkinin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində MSK seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Diaspora