Rumıniya "Patriot" sisteminin Ukraynaya verilməsini təsdiqləyib - "Reuters"

Rumıniya "Patriot" sisteminin Ukraynaya verilməsini təsdiqləyib - "Reuters" backend

Sentyabrın 2-də Rumıniya koalisiya hökuməti iki operativ “Patriot” raketdən müdafiə sistemindən birinin Ukraynaya verilməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters” xəbər verir.

Qanun layihəsi yekun səsvermə üçün parlamentə göndərilib. Nəşr xatırladır ki, bu addım Rumıniyanın NATO üzvü kimi Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək vermək öhdəliklərinin bir hissəsidir.

Bu qərar NATO ölkələrinin Kiyevə vəd etdiyi 5 belə sistem və digər strateji hava hücumundan müdafiə birləşmələrinin çatdırılmasının bir hissəsidir.

Rumıniya hökumətinin sözçüsü Mixal Konstantin: "Parlament qanunu təsdiqlədikdən sonra hökumət ianələri işlək hala gətirən qərar verə biləcək", -dedi.

QAZİLER.AZ

 

 

Diaspora