İlk dəfə səs verəcək seçicilər üçün "təbrik kartı" hazırlanıb

İlk dəfə səs verəcək seçicilər üçün "təbrik kartı" hazırlanıb backend

İlk dəfə səs verəcək seçicilər üçün "xüsusi təbrik kartı" hazırlanıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, sentyabrın 1-də 374 nəfərin 18 yaşı tamam olur: "Həmin şəxslər ilk dəfə səsvermə hüququ əldə edəcəklər. Onlara səs verdikləri zaman MSK tərəfindən hazırlanmış təbrik kartları veriləcək".

Bundan başqa R.Qasımov bildirib ki, görmə məhdudiyyətli seçicilər üçün xüsusi trafaretlər çap edilib və məntəqələrə paylanılıb.

Diaspora